Mahir Emreli "Nürnberq"də kollektiv məşqə qatılmayıb
sizinxeber.az xəbər saytı

Mahir Emreli "Nürnberq"də kollektiv məşqə qatılmayıb


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda ötən gün kollektiv məşqə qatılmayıb.

"Report" xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu Ondrey Karafiat və Stefanos Tzimasla birlikdə fərdi şəkildə məşq edir.

Qeyd edək ki, Mahir Emrelinin mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşib. Komanda çempionatın sonuncu turunda "Ayntraxt" (Braunşveyq) klubu ilə üz-üzə gələcək. Mayın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Oxşar xəbərlər

Mahir Emreli “Nürnberq”də kollektivlə məşqlərə başlayıb
Mahir Emrelinin “Nürnberq”də komanda ilə məşqlərə başlayacağı vaxt müəyyənləşib
Mahir Emreli "Nürnberq" klubunda növbəti oyununu keçirib, qarşılaşma heç-heçə yekunlaşıb
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
"Nürnberq" rəsmisi Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər