Argentinaya məğlubiyyətdən sonra Braziliya millisinin baş məşqçisi istefaya göndərilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
mar
2025
03:00
0
0
1 746
ff

Argentinaya məğlubiyyətdən sonra Braziliya millisinin baş məşqçisi istefaya göndərilib

29 mar, 2025
03:00
1 746

Argentinaya məğlubiyyətdən sonra Braziliya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Dorival Junior tutduğu vəzifədən azad edilib.

“Report”un məlumatına görə, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti xəbər yayıb.

“Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF onun əvəzləyicisini axtaracaq”, - məlumatda deyilir.

Juniorun qovulması 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya qarşı böyük hesablı (1:4) məğlubiyyəti ilə üst-üstə düşüb. Braziliya hazırda liqa cədvəlində dördüncü yerdədir.

Qeyd edək ki, 62 yaşlı mütəxəssislə müqavilə 2024-cü il yanvarın 8-də imzalanıb və müddəti 2026-cı il dekabrın 31-nə kimi olub.

Bizimlə əlaqə saxlayın

×
×