"Real" Niderland klubunun 19 yaşlı müdafiəçisini transfer etmək istəyir
sizinxeber.az xəbər saytı

"Real" Niderland klubunun 19 yaşlı müdafiəçisini transfer etmək istəyir


İspaniyanın "Real" klubu "Ayaks"ın (Niderland) 19 yaşlı müdafiəçisi Yorrel Hatonu transfer etmək istəyir.

"Sizinxeber.az" "Relevo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi universallığı ilə seçilən futbolçunu yay "transfer pəncərəsi"ndə heyətinə qatmaq niyyətindədir.

O, komandadan ayrılacağı gözlənilən 32 yaşlı David Alabanın əvəzləyicisi kimi görülür. Müdafiəçi İspaniya klubunun ona marağından xəbərdar olsa da, hazırda bütün diqqətini "Ayaks"a cəmləyib.

Qeyd edək ki, Y.Hato cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 47 oyunda 3 qola və 6 məhsuldar ötürməyə imza atıb. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Real” "Liverpul"un yarımmüdafiəçisini transfer etmək istəyir
"Mançester Siti" yayda İspaniya klubunun futbolçusunu transfer etməyi düşünür
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir
PSJ yayda "Real"ın futbolçusunu transfer edə bilər
Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle