"Neftçi"nin futbolçusu əməliyyat olunub
sizinxeber.az xəbər saytı

"Neftçi"nin futbolçusu əməliyyat olunub


"Neftçi"nin çiynindən zədə almış futbolçusu Emil Səfərov əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə, o, Türkiyənin İstanbul şəhərində artroskopik əməliyyat olunub.

Əməliyyatı uğurla başa çatan Səfərov iki gün sonra Bakıya qayıdacağı, müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.

Qeyd edək ki, E.Səfərov Misli Premyer Liqasının XXIX turunda aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçın gedişində zədələnmişdi.

Oxşar xəbərlər

"Neftçi"nin futbolçusu əməliyyat olunacaq
"Neftçi"nin futbolçusu zədələnib
“Neftçi”nin futbolçusu əməliyyat oluna bilər
"Sabah"ın əməliyyat olunan futbolçusu 1 ay yaşıl meydanlardan kənar qalacaq
"Kəpəz"in futbolçusu əməliyyat olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər