sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Neftçi”nin futbolçusu əməliyyat oluna bilər
“Neftçi”nin futbolçusu Emil Səfərov əməliyyat oluna bilər.
Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.
O, futbolçunun çiynində problem olduğunu bildirib:
“Emilin çiyni çıxmışdı. Elə həmin anda həkimlərimiz tərəfindən çiyni yerinə salındı. Sadəcə, ağrı vardı deyə oyunu davam etdirə bilmədi və əvəzləndi. Hazırda çiynində ağrılar var. Əməliyyat oluna bilər. Növbəti oyuna çıxıb-çıxmayacağı hələ bəlli deyil”.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Şamaxı"ya qarşı keçirdikləri Misli Premyer Liqasının XXIX turunun oyununda sıradan çıxıb. Onu 20-ci dəqiqədə Aleks Fernandes əvəzləyib.
Oxşar xəbərlər
"Neftçi"nin futbolçusu zədələnib
"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib
PSJ-nin futbolçusu "Mançester Yunayted"ə transfer oluna bilər
"Qarabağ"ın iki futbolçusu sıradan çıxıb, biri bu gün əməliyyat olunacaq
"Qarabağ" - "Neftçi" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













