sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Barselona"nın hücumçusu 6 aydan sonra start heyətində meydana çıxacaq
İspaniya təmsilçisi "Barselona"nın hücumçusu Ansu Fati 6 aydan sonra start heyətində meydana çıxacaq.
"Sizinxeber.az" xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik 22 yaşlı hücumçunu La Liqanın XXXIII turunda "Malyorka"ya qarşı keçiriləcək matçda əsas heyətdə meydana buraxacaq.
O, son olaraq oktaybrın 20-də "Sevilya"ya qarşı matçda (5:1) oyuna start heyətində başlayıb. Cari mövsüm 9 görüşdə forma geyinən Fati heç bir qarşılaşmada fərqlənə bilməyib.
Qeyd edək ki, "Barselona" - "Malyorka" matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Oxşar xəbərlər
"Barselona" hücumçusu ilə yollarını ayıra bilər
"Barselona"nın futbolçusu noyabra qədər meydana çıxmayacaq
Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək
"Barselona"nın hücumçusu zədəsini sağaldıb
“Liverpul” 113 ildən sonra ilk dəfə start heyətində ingilis futbolçu olmadan meydana çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













