Ehtiram Quliyev: "Layihə bitdikdən sonra komanda yaxın illərdə tam olaraq Tovuzda məskunlaşacaq" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
apr
2025
14:00

Ehtiram Quliyev: "Layihə bitdikdən sonra komanda yaxın illərdə tam olaraq Tovuzda məskunlaşacaq"

21 apr, 2025
14:00
712

Ehtiram Quliyev: "Layihə bitdikdən sonra komanda yaxın illərdə tam olaraq Tovuzda məskunlaşacaq"

Layihə bitdikdən sonra komanda yaxın illərdə tam olaraq Tovuzda məskunlaşacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

O, Tovuz klubunun gələcəklə bağlı planları barədə danışıb:

"Biz həmişə Tovuzdayıq. Komanda gedib-gəlir. Yayda meydançalar salınmağa başayacağıq. Azarkeşlər komandanı Tovuzda görəcəklər. Haqlı olaraq sual verə bilərsiniz ki, meydançanı niyə Tovuzda tikməmisiz? Çünki Tovuzdakı əsas meydanın ot örtüyü sünidir. Bütün yaş qrupları orada məşq edir. Tovuzda bizə bir neçə meydança lazımdır. Yayda meydançaları mərhələli şəkildə salacağıq. Layihə tam bitdikdən sonra komanda yaxın illərdə tam olaraq Tovuzda məskunlaşacaq".

Bizimlə əlaqə saxlayın