"Leypsiq" Simonsu 75 milyon avroya "Barselona"ya sata bilər
sizinxeber.az xəbər saytı

"Leypsiq" Simonsu 75 milyon avroya "Barselona"ya sata bilər


Yarımmüdafiəçi Xavi Simons bu yay Almaniyanın "Leypsiq" futbol klubundan ayrılmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, niderlandlı futbolçu 2019-cu ilə qədər təmsil olunduğu "Barselona"ya qayıtmaq arzusundadır. Lakin Romanonun fikrincə, Simonsun Kataloniya klubuna keçidinin yayda baş tutacağı ehtimalı azdır.

21 yaşlı futbolçu ilə İngiltərə çempionatından klubların maraqlandığı vurğulanır.

"Leypsiq" futbolçunun mümkün transferindən təxminən 75 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 29 matçda iştirak edib, 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Simonsun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermark" futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.

Oxşar xəbərlər

"Barselona"nın ən çox qazanan futbolçusu müəyyənləşib
"Barselona" Portuqaliya klubunun hücumçusunu transfer etmək istəyir
"Tottenhem" Moretto üçün 25 milyon avro ödəməyə hazırdır
"Milan" İspaniya klubundan 175 milyon avro tələb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər