Qurban Qurbanov “Neftçi”yə böyük hesabla qalib gəldikləri oyunu şərh edib
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXI turunda "Neftçi"yə böyük hesabla qalib gəldikləri oyunu şərh edib.
"Sizinxeber.az" xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra mətbuat konfransında qələbəyə görə sevincli olduqlarını söyləyib.
"Bugünkü oyunda tribunalarda çoxsaylı azarkeşlərin olması çox xoşuma gəldi. Üstəlik, bu, futbolçulara da xüsusi motivasiya verdi. Bəlkə də azarkeş sayı az olsaydı, belə bir maraqlı matça şahidlik edə bilməyəcəkdik. Qarşılaşmadan razı qaldım. Sona qədər mübarizə apardıq və dinamikanı qoruyub saxlamağı bacardıq. Rəqib baş məşqçi Samir Abasova uğurlar arzulayıram. Hazırda istədiyi futbolu göstərə bilmələri asan iş deyil. Baş məşqçi olaraq onu anlayıram", - Q.Qurbanov vurğulayıb.
Qeyd edək ki, XXXI turun görüşündə "Qarabağ" doğma meydanda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq"
Qurban Qurbanov: "Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı"
Qurban Qurbanov: "Səbail" risk etdi və biz boşluqlardan düzgün yararlandıq"
Qurban Qurbanov: "Həm nəticədən, həm də oyundan razı qaldım"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
