“Turan Tovuz”un Kurban Berdiyevlə bağlı apellyasiya şikayəti təmin edilməyib
sizinxeber.az xəbər saytı

“Turan Tovuz”un Kurban Berdiyevlə bağlı apellyasiya şikayəti təmin edilməyib


“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevlə bağlı apellyasiya şikayəti təmin edilməyib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin aprelin 16-da mütəxəssislə bağlı çıxardığı qərarı qüvvədə saxlayıb.

Misli Premyer Liqasının XXX turunda keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün Tovuz klubunun baş məşqçisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb.

Bununla yanaşı, klub 4000 manat cərimələnib və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunub.

Oxşar xəbərlər

"Turan Tovuz" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya və Arbitraj Tribunalına şikayət edəcək
"Turan Tovuz" klubu 3500 manat cərimələnib, məşqçi Ruslan Abışov cəzalanıb
"Turan Tovuz"un baş məşqçisinin cəzası açıqlanıb
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etməyib
AFFA "Səbail"in şikayətini təmin etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər