sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Mançester Yunayted" İtaliya klubunun futbolçusunu transfer etmək istəyir
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Ederson Lorensonu transfer etmək istəyir.
"Sizinxeber.az" "GiveMeSport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın heyətində həmin mövqedə çıxış edən Kobbi Meynunun müqavilə müddətinin yenilənməməsi və onun komandadan getmək variantı sözügedən transferin baş tutmaq ehtimalını artırır.
Qeyd edək ki, braziliyalı futbolçu cari mövsüm "Atalanta"nın heyətində bütün yarışlarda 42 oyun keçirib və 4 qol vurub. Onun A Seriası təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Edersonun dəyərini 50 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
"Mançester Yunayted" İtaliya klubunun futbolçusunu transfer edəcək
"Mançester Yunayted" İtaliya klubunun müdafiəçisini transfer etmək istəyir
Ederson qış fasiləsində "Atalanta"nı tərk edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













