"Bavariya"nın yarımmüdafiəçisi uzun müddət yaşıl meydanlardan kənarda qala bilər
sizinxeber.az xəbər saytı

"Bavariya"nın yarımmüdafiəçisi uzun müddət yaşıl meydanlardan kənarda qala bilər


Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Camal Musiala uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

“Report” “Bild”ə istinadən xəbər verir ki, futbolçu Bundesliqanın XXVIII turunda "Auqsburq"la oyunda (3:1) dizindən zədələnib.

O, bu səbəbdən təxminən 2-6 həftə futbol oynamaya bilər. Yaxın vaxtlarda MRT müayinəsindən keçdikdən sonra 22 yaşlı yarımmüdafiəçinin sağalma müddəti dəqiqləşəcək. O, zədə səbəbindən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşacaqları "İnter"lə ilk oyunu buraxmalı olacaq.

Qeyd edək ki, C.Musiala cari mövsümdə meydana çıxdığı 39 matçda 17 qola və 8 məhsuldar ötürməyə imza atıb.

Oxşar xəbərlər

"Bavariya"nın futbolçusu bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq
"Bayer 04"ün futbolçusu bir neçə həftə oynaya bilməyəcək
"Arsenal"ın futbolçusu uzun müddət yaşıl meydanlardan kənar qala bilər
"İnter"in futbolçusu iki ayadək yaşıl meydanlardan kənarda qalacaq
"Bavariya"nın futbolçusu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər