“Yuventus”un türkiyəli futbolçusu karyerasını “Barselona”da davam etdirə bilər
sizinxeber.az xəbər saytı

“Yuventus”un türkiyəli futbolçusu karyerasını “Barselona”da davam etdirə bilər


İtaliyanın “Yuventus” klubunun türkiyəli futbolçusu Kənan Yıldız karyerasını “Barselona”da (İspaniya) davam etdirə bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa təmsilçisi 19 yaşlı hücumçu ilə yaxından maraqlanır.

“Qoca sinyora” rəhbərliyi də öz növbəsində istedadlı futbolçunun transferindən 50 milyon avro qazanmağı düşünür.

Qeyd edək ki, 2023-cü ildən “YUventus”un formasını geyinən K.Yıldızın klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. İtaliya çempionatının cari mövsümündə 29 matçda iştirak edən hücumçu 5 qol vurub və iki məhsuldar ötürmə müəllifi olub.

Oxşar xəbərlər

"Barselona" "Yuventus"un yarımmüdafiəçisi ilə maraqlanır
"Yuventus" İngiltərə klubunun futbolçusu ilə maraqlanır
İspaniya klubunun yarımmüdafiəçisi karyerasını PSJ-də davam etdirə bilər
"Mançester Yunayted" İspaniya klubunun futbolçusu ilə maraqlanır
"Barselona"nın futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər