"Atletiko"nun hücumçusu uzun müddətə cəzalana bilər
İspaniyanın "Atletiko” klubunun argentinalı hücumçusu Anxel Korrea uzun müddətə cəzalana bilər.
“Sizinxeber.az” “Marca”ya istinadən xəbər verir ki, buna onun La Liqanın XXVII turunda “Xetafe” ilə matçda (1:2) baş hakimi təhqir etməsi səbəb olub.
Argentinalı hücumçu 88-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. O, meydanı tərk edərkən hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu isə matçın nümayəndəsinin rəsmi hesabatında qeyd olunub.
La Liqanın əsasnaməsində hakimə, onun köməkçilərinə, həmçinin rəhbərliyə və ya idman rəsmilərinə ünvanlanan təhqiramiz ifadələrə görə 4-12 oyunluq cəza nəzərdə tutulur.
Qeyd edək ki, Madrid klubu hazırda 56 xalla turnir cədvəlində üçüncüdür. 33 xala malik “Xetafe” isə 12-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb
"Qalatasaray"ın hücumçusu uzun müddətə sıradan çıxıb
"Atletiko" tribunaların qismən bağlanması cəzası alıb
"Ağdaş" klubunun futbolçusu 4 oyunluq cəzalandırılıb
“Qarabağ”ın baş məşqçisi təhqir və təhdidə görə 5 oyunluq cəzalandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
