İspaniya millisinin sabiq futbolçusu karyerasını bitirib
sizinxeber.az xəbər saytı

İspaniya millisinin sabiq futbolçusu karyerasını bitirib


İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo karyerasını bitirib.

"Report" xəbər veriri ki, futbolçu 39 yaşında bu qərarı verib.

A.Neqredo karyerası ərzində “Sevilya”, “Kadis”, “Almeriya”, “Valensiya” (hamısı İspaniya) “Mançester Siti”, “Midlsbro” (hər ikisi İngiltərə) və "Beşiktaş" (Türkiyə) klublarında çıxış edib. Onun sonuncu iş yeri La Liqanın digər təmsilçisi “Valyadolid” olub.

O, "Mançester Siti"nin heyətində 2013/2014 mövsümündə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb.

Qeyd edək ki, A.Neqredo İspaniya millisində 21 oyun keçirib və 10 qol vurub. O, yığmanın heyətində 2012-ci ildə Avropa çempionu olub.

Oxşar xəbərlər

Dünya və ikiqat Avropa çempionu karyerasını başa vurub
"Mançester Yunayted"də çıxış etmiş Portuqaliya millisinin sabiq futbolçusu karyerasını başa vurub
Çili millisinin sabiq üzvü 41 yaşında karyerasını bitirib
Klaudio Bravo 41 yaşında karyerasını başa vurub
AVRO-2024-ün qalibi dekabrda karyerasını bitirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle