İtaliya klubu son 60 ildə ilk dəfə Çempionlar Liqasında çıxış edəcək
sizinxeber.az xəbər saytı

İtaliya klubu son 60 ildə ilk dəfə Çempionlar Liqasında çıxış edəcək


İtaliyanın "Bolonya" klubu 60 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında çıxış edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Tyaqo Mottanın rəhbərlik etdiyi kollektiv turnirin qrup mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

A Seriyasının 36-cı turunda "Atalanta"nın "Roma" üzərində qələbəsindən sonra "Bolonya"nın 5-ci pillədən aşağı düşməyəcəyi dəqiqləşib. Hazırda 3-cü olan komandanın 67 xalı var. Bununla yanaşı, Bolonya klubu ardıcıl 8 oyundur məğlub olmur. Eyniadlı şəhərin təmsilçisi ölkə çempionatında "Yuventus" (67 xal) və "Atalanta" (63 xal) ilə bürünc medallar uğrunda mübarizə aparır.

Qeyd edək ki, “Bolonya” yeddiqat İtaliya çempionudur. Klub həmçinin iki dəfə ölkə kubokunu, 1998-ci ildə isə İntertoto Kubokunu qazanıb.

Oxşar xəbərlər

ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə
Çempionlar Liqası: PSJ “Milan”ı darmadağın etdi, “Nyukasl” səfərdə məğlub oldu - VİDEO
Premyer Liqa klubu tarixə düşüb
Bir təqvim ilində 5 və daha çox kubok qazanan klublar - SİYAHI
Çempionlar Liqası: “Mançester Yunayted”lə “Qalatasaray” məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər