Gəncədə iki avtomobil toqquşub.
Oxu.Az-ın məlumatına görə, 6 nəfərin xəsarət aldığı hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Qəza zamanı 1981-ci il təvəllüdlü E.Əsədullayev, 1989-cu il təvəllüdlü A.Hüseynova, 2018-ci il təvəllüdlü A.Əsədullayeva, 2020-ci il təvəllüdlü C.Əsədullayeva, 2024-cü il təvəllüdlü A.Əsədullayeva və 1996-cı il təvəllüdlü E.Hümbətov xəsarət alıb.
Hadisə yerinə Təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.