"Qarabağ" azlıqda qalsa da, "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 4
Misli Premyer Liqasının XXIII turundakı "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.
"Report"un məlumatına görə, "Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.
Günün ilk matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"dan üstün olub - 1:0.
Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Ağdam təmsilçisinin heyətində Marko Yankoviç 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, hazırda görüşdə hesab açılmayıb.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyunu başlayıb.
"Report"un məlumatına görə, "Neftçi Arena"dakı matç saat 19:00-da start götürüb.
Görüşün baş hakimi Rəvan Həmzəzadədir.
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek.
“Qarabağ”: 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade.
Qeyd edək ki, Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb - YENİLƏNİB
"Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub - YENİLƏNİB - 5
"Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 2
"Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
"Qarabağ" "Neftçi" ilə oyunda azlıqda qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












