"Qarabağ"ın matçına təyinat alan rumıniyalı hakim daha əvvəl "Qəbələ"nin oyununu idarə edib
UEFA Avropa Liqasında "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" klubu ilə oyununa təyinat alan Radu Petresku daha əvvəl bir dəfə Azərbaycan təmsilçilərinin matçını idarə edib.
"Report"un məlumatına görə, 42 yaşlı ədalət təmsilçisi 2015-ci ildə Serbiyada "Çukariçki" və "Qəbələ" arasında keçirilmiş UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında iş başında olub.
2012-ci ildən beynəlxalq təyinat alan FIFA referisi meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada baş hakim kimi iştirak edib. O, sözügedən oyun zamanı "qırmızı-qaralar"dan Vitali Vernidub, Ürfan Abbasov, Rafael Santos, George Floresku və Cavid Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Liqa mərhələsinin VIII turunda, yanvarın 30-da baş tutacaq "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
"Tottenhem" - "Qarabağ" matçının hakimi daha əvvəl iki dəfə Azərbaycan klublarının oyununu idarə edib - ARAŞDIRMA
"Qarabağ" - "Ayaks" oyununun hakimi daha əvvəl iki dəfə Azərbaycan təmsilçilərinin matçına təyinat alıb - ARAŞDIRMA
"Elfsborq" - "Qarabağ" oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçına təyinat alıb
Portuqaliyalı hakim ilk dəfə Azərbaycan komandalarının oyununu idarə edəcək
"Qarabağ"ın oyununa təyinat alan hakim Ağdam klubunun matçında zədələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













