Xames Rodriqesin yeni klubu müəyyənləşib
sizinxeber.az xəbər saytı

Xames Rodriqesin yeni klubu müəyyənləşib


İspaniyanın "Rayo Valyekano" klubundan ayrılan Xames Rodriqesin yeni iş yeri müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı kolumbiyalı futbolçunun Meksika təmsilçisi "Leon"la razılığa gəldiyi bildirilib. Yarımmüdafiəçi yeni komandasına azad agent kimi transfer olunub.

Qeyd edək ki, X.Rodriqes cari mövsümün əvvəlində "Rayo Valyekano"ya keçmişdi. O, bu mövsüm İspaniya klubunun heyətində bütün turnirlərdə 7 matçda bir məhsuldar ötürmə edib, meydanda ümumilikdə 205 dəqiqə keçirib.

Oxşar xəbərlər

Xames Rodriges İspaniya klubu ilə müqavilə bağlayıb
Tanınmış futbolçu La Liqa təmsilçisindən ayrılmaq istəyir
"Real" "İnter" klubunun müdafiəçisini transfer etmək istəyir
"Mançester Yunayted" İspaniya klubunun futbolçusu ilə maraqlanır
"Mançester Yunayted" Portuqaliya klubunun futbolçusunu transfer etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle