Tanınmış futbolçu La Liqa təmsilçisindən ayrılmaq istəyir
sizinxeber.az xəbər saytı

Tanınmış futbolçu La Liqa təmsilçisindən ayrılmaq istəyir


Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges İspaniya La Liqası təmsilçisi "Rayo Valyekano"dan ayrıla bilər.

"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, o, klubla müqaviləsinə xitam verilməsini istəyir.

33 yaşlı futbolçunun baş məşqçi İniqo Pereslə yola getmədiyi bildirilir.

Qeyd edək ki, X.Rodriges cari mövsüm "Rayo Valyekano"nun heyətində 7 oyun keçirib. O, daha əvvəl "Real" (Madrid, İspaniya) və "Bavariya" (Almaniya) kimi tanınmış klubların şərəfini qoruyub.

Oxşar xəbərlər

"Bavariya"nın futbolçusu "Barselona"da çıxış etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar