"Nyukasl"ın hücumçusu Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb
İngiltərənin "Nyukasl” klubunun hücumçusu Aleksander İsak komandanın keçmiş oyunçuları Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb.
“Report”un “Squawka”ya istinadən məlumatına görə, isveçli futbolçu bunu İngiltərə Premyer Liqasının 16-cı turunda "Lester”ə qarşı matçda (4:0) qol vurmaqla və məhsuldar ötürmə etməklə reallaşdırıb.
A.İsak bir təqvim ili ərzində İngiltərə Premyer Liqasında “Nyukasl”ın tarixində 20 qol vuran üçüncü oyunçu olub. E.Koul bu göstəriciyə 1994-cü, A.Şirer isə 1999 və 2002-ci illərdə nail olmuşdu.
Qeyd edək ki, “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olan 25 yaşlı ön xətt oyunçusu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 16 matçda səkkiz qol və dörd məhsuldar ötürmə ilə diqqət çəkib.
Oxşar xəbərlər
Salah Premyer Liqa tarixində ən çox qol vuran futbolçular siyahısında 8-ci yerə yüksəlib
"Nyukasl" 17 yaşlı gürcü futbolçunun transferi ilə bağlı razılığa gəlib
İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
"Qalatasaray"ın hücumçusu uzun müddətə sıradan çıxıb
"Sportinq"in hücumçusu İngiltərənin üç klubunun maraq dairəsindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Vəfat etmiş şəxsin pensiya kapitalı vərəsələrinə veriləcək? - AÇIQLAMA
-
Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO












