London klubunun futbolçusu ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq
sizinxeber.az xəbər saytı

London klubunun futbolçusu ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq


İngiltərənin "Vest Hem" klubunun yol qəzasına düşən futbolçusu Maykl Antonio ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Ayağından əməliyyat olunan 34 yaşlı hücumçunun cari mövsüm meydana çıxmayacağı dəqiqdir. Onun reabilitasiyası ilə məşğul olan həkimlərin proqnozlarına əsasən, oyunçunun sağalma müddəti bir ildir.

Maykl Antonionun karyerasını bitirmək ehtimalı da var.

Qeyd edək ki, Maykl Antonio dekabrın 7-də qəzaya düşüb. O, cari mövsüm London təmsilçisinin heyətində 14 oyun keçirib və 1 qol vurub.

Oxşar xəbərlər

"Bavariya"nın futbolçusu bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq
"Real"ın futbolçusu zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq
"Bavariya"nın futbolçusu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq
İtaliya millisinin hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
“Vest Hem”in futbolçusu qəzaya düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər