İtaliya millisinin hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
sizinxeber.az xəbər saytı

İtaliya millisinin hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq


İtaliya millisinin və "Latsio" klubunun futbolçusu Çiro İmmobile üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Sizinxeber.az" yerli mətbuata istinadən xəbər verir ki, buna 33 yaşlı hücumçunun A Seriyasında "Empoli"yə 2:0 hesabı ilə qalib gəldikləri matçda ombasından zədələnməsi səbəb olub.

Onun yanvarın 20-27-si aralığında Səudiyyə Ərəbistanında keçiriləcək İtaliya Superkuboku turnirində iştirakı da sual altındadır.

Qeyd edək ki, forvard cari mövsüm "Latsio"nun heyətində 23 matçda meydanda olub və 7 qola imza atıb. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. O, dekabrın əvvəlində A seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu olub və tarixi rekorda imza atıb.

Oxşar xəbərlər

Mahir Emrelinin komandası yeni hücumçu transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: PSJ “Milan”ı darmadağın etdi, “Nyukasl” səfərdə məğlub oldu - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" 93 ildən sonra ən pis nəticəyə imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramos Çempionlar Liqasında iki rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər