"Kəpəz" son 16 mövsümün antirekorduna imza atıb
"Kəpəz" Azərbaycan çempionatları tarixində son 16 mövsümün antirekorduna imza atıb.
"Report"un məlumatına görə, bu, Gəncə təmsilçisinin "Zirə"yə Misli Premyer Liqasının XVI turunda 0:4 hesabı ilə uduzması ilə reallaşıb.
Komanda cari mövsüm çempionatda 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.
Daha çox qola üzülən sonuncu komandaya 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.
Qeyd edək ki, tarixin antirekordu isə 1996/1997 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
"Barselona" klubu rekorda imza atıb
"Qarabağ" yeni rekorda imza atıb
"Neftçi" tarixində ilkə imza atıb
Premyer Liqada bir ildən sonra üç oyunda heç-heçə qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













