Messi və komanda yoldaşlarının Bakı tədbirinə bir gündə 10 mindən çox bilet satılıb
sizinxeber.az xəbər saytı

Messi və komanda yoldaşlarının Bakı tədbirinə bir gündə 10 mindən çox bilet satılıb


ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi və komanda yoldaşlarının Bakıda iştirak edəcəyi tədbirə gün ərzində 10 000-dən çox bilet satılıb.

"Report" xəbər verir ki, görüş dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq.

Messi ilə birlikdə tədbirdə dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da iştirak edəcəklər.

Tədbirdə dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu yaddaqalan ritmlərlə musiqili proqramla çıxış edəcək.

Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədilə sərf olunacaq.

Oxşar xəbərlər

Messi və komanda yoldaşları Bakıya gəlir
Lionel Messi və komanda yoldaşları Bakıya gəlir
Lionel Messi "All-Star" oyununu buraxacaq
Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək
Messi "İnter Mayami"nin ən çox qol vuran futbolçusu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər