"Mançester Siti" aparıcı futbolçusunu satmağı planlaşdırır
İngiltərənin "Mançester Siti" klubu aparıcı futbolçusu Kayl Uokeri satmağı planlaşdırır.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "şəhərlilər" 2024/2025 mövsümünün sonunda heyətini gəncləşdirmək və bəzi yaşlı oyunçularla vidalaşmaq niyyətindədir.
Hazırkı ölkə çempionunu tərk etməyə əsas namizədlərdən biri də Uokerdir.
Rəhbərlik komandanın uğursuz çıxışında müdafiəçilərin də rolunun olduğunu düşünür və arxa xətti yeniləməyə hazırlaşır.
"Mançester Siti" son 8 matçda 19 qol buraxıb. Qeyri-qənaətbəxş nəticələr rəhbərliyi vəziyyəti yaxşılaşdırmaq üçün bütün mümkün variantları axtarmağa vadar edir.
Qeyd edək ki, Kayl Uokerin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Oxşar xəbərlər
"Mançester Siti" Rodrinin müqaviləsinin müddətini ən qısa zamanda uzatmaq istəyir
"Mançester Siti" afrikalı müdafiəçi ilə maraqlanır
“Mançester Siti” baş məşqçisi Qvardiola ilə yeni müqavilə imzalayıb
“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
