"Zirə"nin futbolçusu zədə səbəbindən ilin sonunadək meydana çıxmayacaq
sizinxeber.az xəbər saytı

"Zirə"nin futbolçusu zədə səbəbindən ilin sonunadək meydana çıxmayacaq


Misli Premyer Liqasının XV turunda "Sumqayıt"la keçirilən oyunda zədələnən "Zirə"nin futbolçusu Rafael Utziq ilin sonunadək meydana çıxmayacaq.

Bu barədə "Report"a klubun mətbut xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

Klub rəsmisi braziliyalı hücumçunun durumu barədə danışıb:

"Müayinədən sonra futbolçunun cari ili başa vurduğu məlum olub. Lakin hadisələr müsbət yöndə cərəyan edərsə, Utziq ilin sonunda 1 görüşdə meydana çıxa bilər. Amma bu ehtimal olduqca aşağıdır".

Qeyd edək ki, Rafael Utziq "Sumqayıt"a qalib gəldikləri (4:1) oyunun 22-ci dəqiqəsində zədələndiyi üçün Eldar Quliyevlə əvəzlənib.

Oxşar xəbərlər

"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Barselona"nın futbolçusu noyabra qədər meydana çıxmayacaq
"Qarabağ"ın braziliyalı müdafiəçisi 3 oyunda meydana çıxa bilməyəcək
Ağabala Ramazanov 5 aydan sonra meydana qayıtdı
"Mançester Yunayted"in futbolçusu bir neçə həftə meydana çıxa bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər