sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağabala Ramazanov 5 aydan sonra meydana qayıtdı
Uzun müddətdir ağır zədə səbəbindən oynamayan "Səbail"in kapitanı Ağabala Ramazanov yaşıl meydanlara qayıdıb.
QOL.az xəbər verir ki, o, Misli Premyer Liqasının 31-ci turunda bu gün "Araz-Naxçıvan"la keçirilən matçın 90+4-cü dəqiqəsində meydana daxil olub. Ramazanov oyuna qoruyucu maskada çıxıb.
Oyun "Səbail"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Ağabala Ramazanov ötən ilin noyabr ayında “Turan Tovuz"a qarşı matçda rəqib futbolçusu ilə toqquşmadan sonra yerdə qalıb. Huşunu itirən futbolçu daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
“Qəbələ”nin futbolçusu 4 oyunluq cəzalandırılıb
Semka da saxlanıldı - Rəsmi
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













