"Qalatasaray" "Fənərbaxça"nın keçmiş futbolçusunu transfer etmək üçün danışıqlara başlayıb
Super Liqa təmsilçilərindən "Qalatasaray"da 14 illik Fernando Muslera dövrü başa çatmaq üzrədir.
Apasport.az "Sözcü"yə istinadla xəbər verir ki, “Qalatasaray” ara transfer dövründə Altay Bayındırı transfer haqqı ilə heyətinə qatmaq üçün “Mançester Yunayted”lə danışıqlara başlayıb.
Xəbərdə Altay Bayındırın İngiltərə nəhəngində əvəzedici olmaqdan bezdiyi, matçlarda aktiv çıxış etmək istədiyi və Super Liqaya qayıtmaq arzusunda olduğu bildirilib.
Qolkiperin transferi "Fənərbaxça"nı yaxından maraqlandırır.
Belə ki, "Fənərbaxça" Türkiyə millisinin qapıçısının növbəti satışından 20% pay alacaq. Bundan başqa, Bayındırın transfer qiyməti 10 milyon avronu keçərsə, "sarı-göylülər"in 1 milyon avro əlavə pay alacaq.
Altay 4 il forma geyindiyi "Fənərbaxça" ilə 145 oyun keçirib. O, 2023-cü ilin sentyabr ayında "Mançester Yunayted"ə transfer olunub. 26 yaşlı qolkiper bu müddət ərzində yeni komandası ilə cəmi 3 matça çıxıb.
Oxşar xəbərlər
"Fənərbaxça" Yussuf En-Nesrini 19,5 milyon avroya transfer etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Benfika" Kerem Aktürkoğlunu transfer etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qalatasaray" Teteni "Panatinaikos"a satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qalatasaray" "Fənərbaxça"nı səfərdə 3:1 məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fənərbaxça"-"Qalatasaray" derbisinin baş hakimi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












