"Şəmkir"in yeni baş məşqçisi: "İlk hədəfimiz qarşıdakı 4 turda yaxşı nəticə göstərməkdir"
İlk hədəfimiz qarşıdakı 4 turda yaxşı nəticə göstərməkdir.
Bunu “Report”a açıqlamasında Azərbaycan II Liqasında mübarizə aparan “Şəmkir” klubuna yeni baş məşqçi təyin olunan Vüqar Nadirov deyib.
Mütəxəssis hədəflərlə bağlı dekabrdan sonra rəhbərliklə danışacağını bildirib:
“Dekabrda “transfer pəncərəsi” açılacaq. Komandaya yeni futbolçular cəlb edəcəyik. İlk hədəfimiz qarşıdakı 4 turda yaxşı nəticə göstərməkdir. Mövsümlə bağlı hədəflər üçün isə rəhbərliklə dekabrdan sonra danışacağıq. Bunun üçün kifayət qədər vaxtımız olacaq”.
O, çatışmazlıqları aradan qaldırmağa çalışacaqlarını vurğulayıb:
“Şəmkir”ə iş görməyə gəlmişəm. Rəhbərlik, azarkeşlər, komanda baxımından hər şey qaydasındadır. Müəyyən çatışmazlıqlar var və onları aradan qaldırmağa, əlimizdə olan “material”dan istifadə etməyə çalışacağıq. “Şəmkir” köklü, çəkisi olan klubdur. Komanda Çempionlar Liqasında oynayıb, iki dəfə Azərbaycan çempionu olub. Şəmkirdə həmişə futbol olub. İstəyirik azarkeşlər yenə gəlib tribunaları doldursunlar. Hər dəfə məşqlərə 30-40 azarkeş gəlir. Hiss edirəm ki, futbol üçün alışıb-yanırlar. Şəmkir futbol şəhəridir”.
Qeyd edək ki, "Şəmkir" Azərbaycan II Liqasında 9 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik
"Neftçi"nin yeni baş məşqçisi: "Burada hansı hədəflərin olduğunu bilirəm"
"Qarabağ"ın baş məşqçisi: Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik
"Turan Tovuz"un futbolçusu: "Mövsümün əvvəlində komandalar bizimlə oyunlara ciddi yanaşmırdılar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
-
Mbappe ikinci dəfə "La Liqa"nın ən yaxşı bombardiri seçilib
-
Emin Mahmudov: "Elvin Cəfərquliyev hər komandaya fayda gətirəcək futbolçudur"
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
