"Qarabağ"ın baş məşqçisi: Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik
Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln"la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qarşıdakı müddətdə komandaya yeni oyunçuların cəlb oluna biləcəyini bildirib:
"Əlimizdə olan heyətlə bütün oyunlara hazır olmalıyıq. Bununla belə, baş məşqçi olaraq istərdim ki, heyətə bir neçə futbolçu daha cəlb edim. Çünki mövsümün gedişində zədəli oyunçular ola bilər. Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik".
Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb
Oxşar xəbərlər
Qurban Qurbanov: "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir
UEFA Çempionlar Liqası: "Qarabağ" ilk matçına bu gün Cəbəllütariqdə çıxacaq
Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq
Qurban Qurbanovdan Şahruddin açıqlaması: “Yeni oyunçular istəyirik”
"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB - 4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












