"Sumqayıt"ın futbolçusu: "Neftçi" ilə oyunda stadion və azarkeşlər bizə motivasiya verdi"
"Yeni stadion və azarkeşlər bizə daha çox motivasiya verdi".
Bunu "Sizinxeber.az"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI turunun oyunundan sonra deyib.
28 yaşlı müdafiəçi həmin qarşılaşmada layiqli qələbə qazandıqlarını bildirib: "Həm istək, həm də oyunla rəqibi üstələdik. Mehdi Hüseynzadə adına stadion yenidənqurmadan sonra, sadəcə, möhtəşəm idi. Başqa söz ola bilməz. Şəhər uzun müddət bunu gözləyirdi və nəhayət, sevindik".
Bədəlov "gənclik şəhəri" təmsilçisinin hazırda 34 xalla ikinci pillədə qərarlaşmasına münasibət bildirib: "Mövsümün sonuna qədər çox matçımız olacaq. Heç nə demək olmur. Çempionat da gərgin keçir. Biz isə, sadəcə, oyundan-oyuna baxırıq. Turnir cədvəlindəki yekun mövqeyimizi mayda birlikdə görəcəyik".
O, son olaraq Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Neftçi"ni məğlub etmək istədiklərini söyləyib: "Çətin olacağını bilirəm. Amma ciddi hazırlaşacağıq. Başqa yolumuz da yoxdur. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq".
Qeyd edək ki, "Neftçi" və "Sumqayıt" arasında ölkə kubokunun cavab görüşü fevralın 9-da baş tutacaq. Sumqayıtda reallaşan ilk matçda paytaxt klubu qələbə qazanıb - 3:2.
Oxşar xəbərlər
"Sumqayıt" - "Neftçi" matçındakı azarkeşlərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sumqayıt” – “Neftçi” oyununda mövsümün azarkeş rekordu qırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan"ın futbolçusu: "Sumqayıt"la oyunun nəticəsi ədalətli deyildi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












