Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib
sizinxeber.az xəbər saytı

Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 3:2. "Ağ-qaralar"ın qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski, 44 (pen) və 45+2-ci dəqiqədə Emin Mahmudov vurub.

"Gənclik şəhəri" təmsilçisində 60-cı dəqiqədə Elvin Bədəlov, 89-cu dəqiqədə Kasimir Ninqa fərqlənib.

Qeyd edək ki, günün ilk görüşündə turnirin son qalibi "Qəbələ" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. Ötən gün keçirilən oyunlarda "Zirə" səfərdə "Səbail"i 2:1, "Qarabağ" isə "Sabah"ı 7:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: "Neftçi" darmadağınla mərhələ adlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Sumqayıt” səfərdə “Qəbələ”yə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər