"Araz-Naxçıvan"ın futbolçusu: "Sumqayıt"la oyunun nəticəsi ədalətli deyildi"
"Məncə, nəticə ədalətli deyildi. Biz daha üstün olduq. Düşünürəm ki, verilməyən qırmızı vərəqə də var idi".
Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Turan Manafov "Sumqayıt"la heç-heçə (1:1) etdikləri Premyer Liqanın XX turunun matçı ilə bağlı danışarkən deyib.
25 yaşlı müdafiəçi "gənclik şəhəri" təmsilçisindən hərtərəfli üstün oynadıqlarını söyləyib: "Hakim də insandır. Amma məncə, oyunda bəzi qərarlar haqlı deyildi. Bizə daha çox sarı vərəqə verildi. Elə epizodlar oldu ki, rəqib də eyni xəbərdarlığı almalıydı. Fikrimcə, hərtərəfli üstün olduq, sadəcə, çox fərqlənə bilmədik. Qolu da öz səhvimizdən buraxdıq".
Manafov bu gün "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşü barədə də danışıb: "Məncə, maraqlı mübarizə olacaq. Rəqib yaxşı kollektivdir. Son iki matçda pis oyun sərgiləmirlər. "Neftçi" ilə çempionat qarşılaşmasında azlıqda qalsalar da, qol vurmağı bacardılar. Bizi ağır duel gözləyir. Oyunlar arasında vaxt azdır. Yorğunluq çox olacaq. Fiziki hazırlığı yüksək olan komanda mərhələ adlayacaq".
Azərbaycan millisinin üzvü kubokun çempionatdan fərqləndiyini sözlərinə əlavə edib: "Qəbələ" ötən mövsüm kuboku qazanmağı bacarıb. "Neftçi", "Qarabağ" və "Sabah" onlardan heyət baxımından üstün olsalar da, məhz bu kollektiv titula sahib çıxıb. "Qırmızı-qaralar" ötən mövsüm daha güclü idi. Amma indi də pis çıxış etmirlər. 90 faiz oyunları yaxşı alınır, amma qol vurmaqda çətinlik çəkilər. Sıx qrafikə kim dözəcəksə, turu da o keçəcək. Yarımfinala yüksəlmək üçün əlimizdən gələnin ən yaxşısı edəcəyik".
Qeyd edək ki, bu gün reallaşacaq "Araz-Naxçıvan" - "Qəbələ" matçı saat 16:00-da başlayacaq.
Oxşar xəbərlər
“Qəbələ”nin futbolçusu 4 oyunluq cəzalandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə 30 ildən sonra ilk oyun keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












