"Qızıl top"un 68-ci mükafatlandırma mərasimi Messisiz və Ronaldusuz keçiriləcək
Bu gün Fransanın "France Football" jurnalının versiyasına əsasən, 2023/24-cü illər mövsümünün yekunlarına görə dünyanın ən yaxşı futbolçusu üçün "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, tədbir Parisdə "Şatle" Teatrında baş tutacaq və Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
İlk dəfə olaraq "Qızıl top" Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə birgə təqdim olunacaq. 2010-2015-ci illərdə mükafat Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə birlikdə “France Football” jurnalı tərəfindən təqdim edilib. Mükafat 2016-cı ildən nəşrin və FIFA-nın versiyasına görə verilir. FIFA-nın versiyasına görə ən yaxşı oyunçu mükafatı 1991-2009-cu illərdə də verilib.
2023-cü ildə "Qızıl top"un sahibi ABŞ-nin "İnter Mayami " klubunun argentinalı hücumçusu Lionel Messi olub.
2003-cü ildən ilk dəfə olaraq mükafat uğrunda namizədlər siyahısında nə Lionel Messi, nə də beş dəfə mükafat sahibi, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu var.
2024-cü ildə namizədlər siyahısına 30 futbolçu daxil edilib: argentinalılar Emiliano Martines, Lautaro Martines, ispanlar Niko Uilyams, Dani Olmo, Lamin Yamal, Alexandro Qrimaldo, Rodri, Daniel Karvaxal, ingilislər Koul Palmer, Harri Keyn, Bukayo Saka, Deklan Rays, Fil Foden, Cud Bellinqem, portuqaliyalılar Vitinya, Ruben Diaş, nigeriyalı Ademola Lukman və digərləri.
Oxşar xəbərlər
Messi və Ronaldu 21 ildə ilk dəfə “Qızıl top”a namizədlər siyahısına daxil edilməyib
"Qızıl top" mükafatını alacaq futbolçunun adı açıqlanıb
Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb
