Pol Poqba karyerasını ölkəsində davam etdirə bilər
sizinxeber.az xəbər saytı

Pol Poqba karyerasını ölkəsində davam etdirə bilər


Fransa millisinin heyətində dünya çempionu olan Pol Poqba dopinq üzündən diskvalifikasiya müddəti bitdikdən sonra karyerasını vətənində davam etdirə bilər.

"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda "Yuventus"a məxsus olan yarımmüdafiəçi qış "transfer pəncərəsi"ndə "Marsel" klubuna keçə bilər.

Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir.

Qeyd edək ki, fransalı futbolçunun dopinqə görə diskvalifikasiya müddəti 4 ildən 18 aya qədər azaldılıb. Artıq yanvar ayında 31 yaşlı futbolçu "Yuventus"la məşqlərə başlaya, martda isə rəsmi oyunlarda iştirak etmək üçün icazə ala biləcək.

Oxşar xəbərlər

Pol Poqba karyerasını Səudiyyə Ərəbistanı və ya ABŞ-də davam etdirə bilər
Dele Alli karyerasını İtaliyada davam etdirə bilər
Dele Alli karyerasını İspaniyada davam etdirə bilər
"Bavariya"nın futbolçusu karyerasını PSJ-də davam etdirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər