Klod Makelele Yunanıstan klubunun baş məşqçi postundan istefa verib
Yunanıstanın "Asteras" klubunun baş məşqçisi Klod Makelele komandanın "sükanı arxasında" keçirdiyi 3 matçdan sonra istefa verib.
"Sizinxeber.az"un məlumatına görə, fransalı keçmiş futbolçu "London World"a açıqlamasında buna rəhbərliklə ciddi fikir ayrılıqlarının səbəb olduğunu deyib.
51 yaşlı mütəxəssis işinə müdaxilə edildiyini söyləyib:
“İşimi sevirəm, amma insanların müdaxilə etməsinə və mənə nəyi edib-etməyəcəyimi söyləməsinə dözə bilmirəm. Mənə komandaya tam nəzarət etməyi vəd etdilər. Kimin oynayıb, kimin oynamamasına mən qərar verməli idim. Son matçda əsas heyət üzvünün ehtiyat oyunçular skamyasında qalmasını israr etdilər. Maaşı az olsa da, komandanın ən yaxşı oyunçusudur. Mən onu cəmi 20 dəqiqə meydana buraxdım, o, iki məhsuldar ötürmə etdi və matçda qalib gəldik. Halbuki onun oynamasını istəmirdilər. Yeni müqavilə imzalamadığı üçün ona nəzarət etmək istəyirdilər".
Qeyd edək ki, K.Makelele Fransa millisi ilə yanaşı, "Real" (İspaniya) və "Çelsi" (İngiltərə) kimi klubların formasını geyinib. "Asteras"ın baş məşqçisi olduğu müddətdə onun komandası Yunanıstan Superliqasında meydana çıxdığı oyunlarda 2 heç-heçə və 1 qələbə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Barselona" futbolçusunu Şotlandiya klubuna icarəyə verib
İspaniya klubu fransalı futbolçunu transfer edib
İngiltərə klubunun rəsmisi ağır xəstəliyə tutulduğu üçün istefa verib
"Roma"nın baş direktoru istefa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
