Azərbaycan millisinin baş məşqçisi Türkiyə klubundan ayrılmasının səbəbini açıqlayıb
"Klubdan ayrılmağıma səbəb son iki oyundakı məğlubiyyət idi".
Bunu "Report"a açıqlamasında qadın futbolçulardan ibarət Türkiyənin “Fomget” komandasında baş məşqçi postundan ayrılan Siyasət Əsgərov deyib.
O, klubdan öz istəyi ilə ayrıldığı bildirib: "Onlar məni göndərməyiblər. Son olaraq vidalaşmamağım üçün iclas keçirdilər. Getməyimi istəmədilər. Amma mənim fikrim qəti idi, ayrılmaq istədim. Ötən il gördüyümüz işlər yaxşı idi. Keyfiyyətli oyunçular az olsa da, gözlənilmədən çempion olduq. Bu il davamını gətirmək istəyirdik. Çempionluq üçün iş görmüşdük, amma alınmadı. Klub prezidenti, İdarə Heyəti və digər rəsmi şəxslərlə sıx əlaqələrimiz və dostluq münasibətlərimiz var. Dostluğu itirməmək üçün belə qərara gəldim".
Qadınlardan ibarət Azərbaycan millisinin də baş məşqçisi olan mütəxəssis məğlubiyyətlərin ona xoş olmadığını söyləyib. Əsgərov həm yığmada, həm də klubda çalışmağının ona çətinlik yaratmadığını deyib: "Millidəki və klubdakı nəticələrimiz bunu deməyə əsas verir. Son oyunlara qədər hər şey yaxşı idi. Son turlardakı nəticələr məni qane etmədi və bu səbəbdən klubdakı işimi başa vurdum".
Əsgərov ötən il çempionatda legioner məşqçiyə icazə verilmədiyi üçün idman direktoru vəzifəsində olduğunu xatırladıb: "Əsasnaməyə görə, qadınların çempionatında legioner mütəxəssis baş məşqçi ola bilməzdi. Bu səbəbdən məni idman direktoru təyin etdilər. Amma əsas komandanın məşq proseslərinə kimi hər şeyə nəzarət edirdim. “Fomget” bu il Türkiyə Futbol Federasiyasına müraciət etdi. Bundan sonra PRO lisenziyası olan əcnəbi mütəxəssisə icazə verildi".
Qeyd edək ki, Siyasət Əsgərov ötən mövsüm “Fomget”lə Türkiyə çempionatının qalibi olub.
Oxşar xəbərlər
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərreyl"in baş məşqçisi: "Çempion olmaq üçün bütün gücümüzlə çalışacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: "Bu günü yox, sabahı da düşünürük" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” həndbol klubunun baş məşqçisi: “Çempionatda 3 komanda eyni səviyyədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yurgen Klopp “Barselona”ya rəhbərlik edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












