Antidopinq qaydalarını pozan Pol Poqbanın cəzası 18 aya endirilib
sizinxeber.az xəbər saytı

Antidopinq qaydalarını pozan Pol Poqbanın cəzası 18 aya endirilib


Fransa millisi ilə futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olan Pol Poqbanın cəzası 18 aya endirilib.

"Sizinxeber.az" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, bununla da yarımmüdafiəçi 2025-ci ilin martında yaşıl meydanlara qayıda biləcək.

Qeyd edək ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda "Udineze" ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub.

Oxşar xəbərlər

Rusiyalı atlet antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib
70 yaşlı atlet 4 illik diskvalifikasiya olunub
Şimali irlandiyalı idmançı diskvalifikasiya edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər