"Real"ın sabiq qapıçısı "Barselona"dan təklif gözləyir
sizinxeber.az xəbər saytı

"Real"ın sabiq qapıçısı "Barselona"dan təklif gözləyir


İspaniyanın "Real" (Madrid) kollektivinin sabiq qapıçısı Keylor Navas "Barselona"dan təklif gözləyr.

"Sizinxeber.az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kataloniyalılar əsas qolkiperləri Mark-Andre ter Ştegenin zədələnərək, mövsümün sonuna qədər sıradan çıxmasından sonra yeni əlcək sahibi axtarışına başlayıblar.

Bununla da 37 yaşlı Navas yenidən La Liqada çıxış edə biləcəyini, hətta maaş məsələsinin onun üçün problem olmadığını bildirib.

Kosta-rikalı qapıçı 2014-2019-cu illərdə "Real"da çıxış edib, daha sonra Fransanın PSJ komandasına transfer olub. O, son olaraq 2023-cü ildə İngiltərənin "Nottingem Forest" klubunun şərəfini qoruyub və hazırda azad agent statusu daşıyır.

Qeyd edək ki, Mark-Andre ter Ştegenin zədələnməsindən sonra "Barselona"nın sabiq qapıçısı, karyerasını bitirmiş Klaudio Bravo da yenidən komandaya kömək etməyə hazır olduğunu bildirmişdi.

Oxşar xəbərlər

Karyerasını bitirmiş qapıçı "Barselona"ya kömək etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Barselona"nın qapıçısı zədə səbəbindən mövsümü başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real"ın sabiq qapıçısı karyerasını başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real" qapıçısı ilə müqavilə müddətini uzadacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çili millisinin sabiq üzvü 41 yaşında karyerasını bitirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər