Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirində II turun oyunları keçiriləcək
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət III ənənəvi minifutbol turnirinin qrup mərhələsində II turun oyunları keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, A və D qrupunun qarşılaşmaları sentyabrın 21-də baş tutacaq.
İlk olaraq saat 19:00-da “Turan” ilə “Sizinxeber.az” üz-üzə gələcək. Bu oyunun ardından, saat 20:00-da “Baku WS” ilə “Qoşabulaq” qarşılaşacaq.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələri – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, Az.TV, AZƏRTAC, BAKU.WS, “Sizinxeber.az” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparır. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.
Ənənəvi xatirə turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (Az.TV), Baku TV, AZƏRTAC, “Sizinxeber.az” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytları verir.
Oxşar xəbərlər
Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Minifutbol çempionatında XI turun təqivimi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: Turun ilk matçında autsayderlər qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət qurumları arasında minifutbol turnirinin qalibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












