Millətlər Liqası: Azərbaycan-İsveç oyununun hakimləri bəlli olub
sizinxeber.az xəbər saytı

Millətlər Liqası: Azərbaycan-İsveç oyununun hakimləri bəlli olub


Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Millətlər Liqasının I turunun oyununun təyinatları müəyyənləşib.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balaş Berkeyə Vencel Tot və Balaş Szert kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Csaba Pinter yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
UEFA Konfrans Liqası: "Omoniya" - "Zirə" oyununun hakimləri bəlli olub
UEFA Millətlər Liqası: İsveç - Azərbaycan oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər