Futbol tarixinin ən uğursuz transferlərinin siyahısı hazırlanıb
Məşhur “goal.com” portalı futbol tarixindəki ən uğursuz transferlərin siyahısını tərtib edib.
“Sizinxeber.az” xəbər verir ki, müəlliflər fransalı vinger Usman Dembelenin 2017-ci ildə Dortmund "Borussiya"sından İspaniyanın "Barselona" klubuna 135 milyon avro qarşılığında baş tutan transferini ən uğursuz keçid kimi qiymətləndiriblər.
U.Dembele “Barselona”nın heyətində ümumilikdə 185 oyun keçirib, 40 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb. 27 yaşlı futbolçu ötən yay "Barselona"dan PSJ klubuna keçib.
İlk “3-lüy”ə La Liqa ilə bağlı daha iki transfer daxil edilib. Eden Azarın İngiltərənin “Çelsi” klubundan Madrid “Real”ına keçidi (2019-cu il, 120 milyon avro) ikinci uğursuz transfer kimi qiymətləndirilib.
2018-ci ildə 135 milyon avro müqabilində İngiltərə təmsilçisi “Liverpul”dan “Barselona” klubuna gedən Filip Koutinyonun keçidi isə ən uğursuz üçüncü transfer olub.
Oxşar xəbərlər
"Barselona" İngiltərə klubunun 20 yaşlı futbolçusunu transfer edə bilər
"Barselona" ispaniyalı futbolçunun transferini açıqlayıb
"Barselona"nın aparıcı futbolçusu İngiltərə klubuna keçə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
