Okan Buruk "Qalatasaray"ın oyununa azərbaycanlı hakim təyin edilməsini istəyib
sizinxeber.az xəbər saytı

Okan Buruk "Qalatasaray"ın oyununa azərbaycanlı hakim təyin edilməsini istəyib


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə təmsilçisi "Yanq Boys"a 2:3 hesabı ilə məğlub olan Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk komandasının matçına azərbaycanlı hakim təyin edilməsini istəyib.

"Sizinxeber.az" xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında almaniyalı hakimin idarəçiliyindən narazılığını bildirib.

"İsveçrə komandasının oyununa Almaniyadan olan hakim təyin edirlər. Bura maşınla gəlib. Bizə də Azərbaycandan hakim təyin etsinlər ki, vəziyyəti bərabərləşdirək", - deyə O.Buruk vurğulayıb.

Baş məşqçi ikinci hissədə daha yaxşı oynadıqlarını söyləyib və "Qalatasaray"ın qapısına təyin olunan penalti qərarına reaksiya verib:

"Bu, bizə ümid verdi. Öz keyfiyyətimizi göstərsək, qalib gələcəyimizi düşünürəm. Futbolçuların hər iki əlinin bağlı vəziyyətdə tullanmasını istəyirlər. Tezliklə əllərini bağlayacağıq".

Mütəxəssis qapıçı Fernando Musleranın zədəsinə aydınlıq gətirib:

"Musleranın ağrıları var, ikinci matça qədər sağalacağını düşünürəm. Kaan Ayhan geri dönür, Davinson Sançesin durumuna baxacağıq. Bugünkü matçda onun yoxluğunu hiss etdik".

Qeyd edək ki, "Qalatasaray"la "Yanq Boys" arasında cavab görüşü avqustun 27-də İstanbulda keçiriləcək.

Oxşar xəbərlər

Okan Buruk “Yanq Boyz”la cavab oyununa azərbaycanlı hakim tələb etdi
Okan Buruk “Yong Boys”la cavab oyununa Azərbaycandan baş hakim təyin edilməsinin ədalətli olacağını bildirib
Okan Buruk eşq yaşadığı deyilən Hadisə ilə bağlı suala belə reaksiya verdi - FOTO
"Qalatasaray"ın baş məşqçisi Superliqanın tarixinə düşüb
UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle