sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Messinin yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub
Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu sentyabrda matçlarda iştirak edə biləcək.
Topuğundakı zədəsini sağaldan forvard tezliklə komanda ilə məşqlərə start verəcək.
O, MLS çempionatında, sentyabrın 14-də "Filadelfiya Yunion"la qarşılaşmada meydana çıxa biləcək. Bundan əlavə, Messinin gözləniləndən əvvəl, sentyabrın 1-də "Çikaqo" ilə görüşdə iştirakı da ehtimal edilir.
Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnmişdi.
Oxşar xəbərlər
Lionel Messi yığmaya çağırılmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
