Polşada oynayan azərbaycanlı futbolçu: Mənə güvənirlər, zaman hər şeyi göstərəcək
Mənə güvənirlər, zaman hər şeyi göstərəcək.
Bunu "Report"a açıqlamasında Polşanın "Radomyak" komandasının üzvü Rahil Məmmədov deyib.
Azərbaycan millisinin müdafiəçisi çıxış etdiyi klubda möhkəmlənmək istədiyini söyləyib:
"Mən komandaya gec qoşuldum. Tam olaraq uyğunlaşa bilməyim üçün bir az vaxt lazımdı. Baş məşqçimizin taktiki sxemini öyrənməyə çalışıram. Fiziki cəhətdən, demək olar ki, hazıram. Hansı oyun üslubunda oynadığımızı da artıq bilirəm. "Radomyak"da oyunçuların səviyyəsi yüksəkdir, bu baxımdan rəqabət çoxdur. Buna görə çox çalışmaq və əsas heyətə düşmək lazımdır. Mənə güvənirlər, zaman hər şeyi göstərəcək".
Qeyd edək ki, R.Məmməov Polşa çempionatının arxada qalan 4 turu ərzində üç dəfə meydana çıxıb. İlk turda start heyətində yer alan Rahil II turda 79-cu, IV turda isə 90+2-ci dəqiqədə oyuna daxil olub. "Radomyak" 18 komanda arasında 3 xalla 15-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu Polşa klubunda debüt edib
Alfonso Dominqes: Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım
"Qarabağ" futbolçusunun Polşa klubuna keçməsinə icazə verib - RƏSMİ
Renat Dadaşovun komanda yoldaşı yoxa çıxıb
"Qarabağ" polşalı qapıçının transferini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













