Renat Dadaşovun komanda yoldaşı yoxa çıxıb
sizinxeber.az xəbər saytı

Renat Dadaşovun komanda yoldaşı yoxa çıxıb


Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyənin I Liqa təmsilçisi "Ankaragücü"nün futbolçusu Renaldo Sefas yoxa çıxıb.

"Sizinxeber.az" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, məşqlərə qatılmayan yamaykalı hücumçu ötən gün I tur çərçivəsində qarşılaşdıqları "Şanlıurfaspor" oyununun iştirak ərizəsində yer almasına baxmayaraq stadiona gəlməyib.

Paytaxt təmsilçisinin baş məşqçisi Cihat Arslan baş verənləri təsdiqləyərək futbolçunun harada olmasından xəbərsiz olduqlarını bildirib.

Qeyd edək ki, dünən I Liqanın ilk turu çərçivəsində "Şanlıurfaspor"la üz-üzə gələn "Ankaragücü" 2:0 hesabı ilə qələbə qazanıb. Yığmamızın üzvü Renat Dadaşov 67-ci dəqiqədə oyuna daxil olub və 76-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Oxşar xəbərlər

Türkiyə klubunda ilk qolunu vuran Renat Dadaşov: Mövsümə əla başladıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər