

Azərbaycan millisinin sabiq baş məşqçisi “Zirə” və “Sabah”ı daha şanslı sayır
Azərbaycan millisinin sabiq baş məşqçisi, AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq “Zirə” və “Sabah” klublarının şanslarını dəyərləndirib.
O, "Report"a açıqlamasında təmsilçilərimizin bu il daha istəkli çıxış etdiyini önə çəkib.
“Bu il komandalarımızın Avropa yarışlarındakı oyunları çox maraqlı alınır. Sərgilənən futbol baxımından rəqiblərə uduzmuruq, hətta onları üstələyirik. Ötən ilə nisbətən bu mövsüm daha istəklidirlər. Bu səbəbdən deyə bilərəm ki, həm “Zirə”, həm də “Sabah”ın şansları çoxdur”, - deyə Mircavadov bildirib.
Mütəxəssis “Zirə”nin kollektiv şəkildə yaxşı oyun göstərdiyini deyib:
“Osiyek” əsasən gənclərdən ibarətdir. Ümumiyyətlə, Xorvatiya tarixə qovuşan Yuqoslaviyanın tərkibindəki dövlətlər arasında ən yaxşı futbol ölkəsi sayılır. Gənclər də özlərini göstərib qısa zaman ərzində xaricə getmək istəyirlər. Buna baxmayaraq, “Zirə”nin səfərdə həddən artıq gözəl oynadığını deyə bilərəm. Qol da vurdular. Növbəti mərhələyə yüksəlmək şansları böyükdür. Komanda sabit oynayır. Kollektiv şəkildə həm müdafiə olunurlar, həm də hücuma keçirlər. Fiziki durumları çox yaxşı səviyyədədir. İlk oyunun ikinci hissəsində “Osiyek” heç nə edə bilmədi, nəticədə qol buraxdı. “Zirə” səhvə yol verməsə, mərhələni keçməkdə çətinlik çəkməyəcək”.
A.Mircavadov “Sabah”ın müdafiəsində boşluqlar olduğunu vurğulayıb:
“Sabah” İrlandiyada standart vəziyyətlərdə uduzdu. Ümumiyyətlə, Böyük Britaniya futbolunda sistem var, əsasən cinahdan asmalara üstünlük verirlər. Ucaboy futbolçuları başla yaxşı oynayırlar. “Sabah” cinahları “bağlasa” və asmalara imkan verməsə, rəqibini məğlub edə bilər. Burada qapıçının da üzərinə böyük iş düşəcək, çıxışlar zamanı diqqətli olmalıdır. “Sabah” rəqibini yerlə oynamağa məcbur etməlidir. Çünki onlar belə sistemə yeni alışırlar. Bu baxımdan “Sabah”ın şansı var. 0:1 hesabı hələ heç nə demək deyil. “Sabah”ın müdafiəçiləri həm “Makkabi” (Hayfa, İsrail), həm də İrlandiya klubu ilə ilk oyunda rəqiblərə təkbətək mübarizədə uduzurdular. Müdafiədə boşluqlar var”.
Qeyd edək ki, “Zirə” - “Osiyek” (Xorvatiya) qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da “Dalğa Arena”da, “Sabah” - “Sent Patriks Atletik” (İrlandiya) görüşü isə 20:00-da “Bank Respublika Arena”da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq
Azər Bağırov: “Zirə”nin Xorvatiya klubu ilə heç-heçəsi motivasiya üçün önəmli idi
Ağasəlim Mircavadov: Klublarımız Avropa komandalarından geri qalmır
UEFA Konfrans Liqası: "Sabah" və "Zirə" III təsnifat mərhələsində ilk matçlarına çıxacaq
"DAK 1904" klubunun futbolçusu: Sabah "Zirə"nin müdafiəsindəki boşluqları tapacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
