

Ağasəlim Mircavadov: Klublarımız Avropa komandalarından geri qalmır
Dünənki oyunlar göstərdi ki, klublarımız heç də Avropa komandalarından geri qalmır. Hətta onları üstələyir.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində təmsilçilərimizin keçirdiyi oyunlar barədə danışarkən deyib.
Mütəxəssis “Sumqayıt”ın məğlubiyyətinin səbəbini qırmızı vərəqə ilə əlaqələndirib:
“Qırmızı vərəqə olmasaydı, Macarıstan klubu qələbə qazana bilməyəcəkdi. Bu, bütün sistemi dəyişdi. Çünki komanda ehtiyat oyunçular baxımından yaxşı vəziyyətdə deyil. Buna rəğmən çox gözəl oynadılar və qol vurdular. Səbuhi Abdullazadə haqqında fikirlərim müsbətdir. Oyunu oxuyur, topla yaxşı davranır. Ona inanmaq lazımdır. “Fehervar”a qarşı çox yaxşı oynadı və gözəl qol vurdu”.
AFFA-nın Məşqçilər Komitəsinin üzvü “Sumqayıt”ın futbolçusu Murad Xaçayevin cəzalanmasına da münasibətini bildirib:
“Müdafiəçinin mərkəzdə sarı vərəqə alması yaxşı əlamət deyil. Əvvəlcədən sarı vərəqə ilə cəzalanmısansa, ağıllı oynamalısan. Heç nədən meydandan qovuldu. Belə səhvlər olmamalıdır, çünki hakimlər bağışlamırlar”.
A.Mircavadov “Zirə”nin çıxışını da dəyərləndirib:
“Moldovanın “Şerif” klubu ilə oyundan sonra komanda sakit görünürdü. Fikrimcə, “Zirə” rəqibinə 4 deyil, ən azı 5-6 qol vura bilərdi. Bu matç göstərdi ki, ölkənin adına deyil, komandanın oyununa fikir vermək lazımdır. Təmsilçimiz cavab görüşündə sakit oynamalıdır. Rəqib zəif görünsə də, Slovakiya çempionatında Konfrans Liqasına vəsiqə verən yerlərdən birini tutub. Lakin futbol baxışına görə “Zirə” daha yaxşı idi”.
Millinin keçmiş baş məşqçisi “Sabah”ın onu çox sevindirdiyini vurğulayıb:
"İkinci hissədə yüksək səviyyədə oynadılar. Rəqib tez yorulmuşdu. Yaxından fikir verdim, sanki bəzi futbolçuların artıq çəkiləri vardı. İkinci hissədə “Sabah” oyunu düzgün qurmuşdu. Cinahlardan hücumlar təşkil edirdilər. Avropa çempionatı da göstərdi ki, cinahlardan hücumlar zamanı daha çox uğur qazanmaq olar. “Sabah” da bütün qolları məhz cinah hücumlarından sonra vurdu”.
Mütəxəssis “Sabah”ın Azərbaycan Premyer Liqasında “Qarabağ”a ciddi rəqib ola biləcəyinə dair sualı belə cavablandırıb:
“Qarabağ”a rəqib istəyiriksə, hər şeydən əvvəl stabillik olmalıdır. Söhbət ağıllı taktikadan gedir. “Qarabağ”ı axtarışlara məcbur etmək lazımdır. Hər komandanın və məşqçinin öz üslubu olmalıdır”.
Qeyd edək ki, "Zirə" Bakıda Slovakiyanın "DAK 1904" klubunu dörd, "Sabah" isə Macarıstanda İsrailin "Makkabi" (Hayfa) kollektivini üç cavabsız qolla üstələyib. "Sumqayıt" evdə Macarıstan təmsilçisi "Fehervar"a uduzub - 1:2.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sumqayıt" - "Fehervar" matçında ilk hissə başa çatıb - YENİLƏNİR 3
UEFA Konfrans Liqası: "Sumqayıt" - "Fehervar" matçında üçüncü qol vurulub - YENİLƏNİB 6
UEFA Konfrans Liqası: "Sumqayıt" - "Fehervar" matçında üçüncü qol vurulub - YENİLƏNİB
UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub - YENİLƏNİB
UEFA Konfrans Liqası: Sumqayıtda 2-ci qol vurulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
